Amorim "Mançester Yunayted"in transfer siyasətindən narazı qaldı?

23:23 - 4 Sentyabr 2025

Ruben Amorim “Mançester Yunayted”in transfer siyasətindən qəzəblənib.

Sportal.az xəbər verir ki, "TEAMtalk"ın məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi yay transfer pəncərəsində Konor Qallaqerin alınmamasına görə “çox əsəbləşib”. Amorim “Atletiko”nun yarımmüdafiəçisinin transferini şəxsən tələb edib.

Portuqaliyalı mütəxəssis həmçinin Kobbi Maynunun 2025/26 mövsümündə icarəyə buraxılmamasına görə də etirazını bildirib. Bu qərar klubun Qallaqerin transferi ilə bağlı planlarına da təsir edib.

Xəbər xətti