Ukraynanın "Polessye” klubunun azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayev klub karyerasının çətin dövrünü yaşayır.
Sportal.az xəbər verir ki, Mustafayev və Jitomir klubunun daha 5 futbolçusu əvəzedici heyətə göndərilib.
Onların hamısının komandanın çalışdırıcısı Ruslan Rotanın planlarına daxil olmadığı bildirilir. Millimizin yarımmüdafiəçisi özü də bu mövsüm “Polessye”nin heç bir rəsmi görüşündə meydana çıxmayıb.
Hazırda onun klubu 3 xalla Ukrayna çempionatında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi