"Beşiktaş"ın futbolçusu Ernest Muçi Super Liqada klubunun dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Trabzonspor" albaniyalı vingeri transfer etmək istəyir. Bu barədə jurnalist Sercan Dikme məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Muçi mövsümün sonuna kimi icarə əsasında Qara Dənizz təmsilçisinin formasını geyinəcək. "Trabzonspor" 24 yaşlı ön xətt oyunçusunun 1,8 milyon avroluq maaşını ödəyəcək.
Qeyd edək ki, "Beşiktaş" Ernest Muçini 2024-cü ilin fevral ayında "Legiya"dan transfer edib. Albaniya millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində 6 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi