İslandiya millisinin yarımmüdafiəçisi İsak Yohannesson DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun 1-ci turunun Reykyavikdə Azərbaycan yığması üzərində dubl etdiyi oyunda (5:0) əldə etdikləri qələbəni şərh edib.
Sportal.az “433.is” portalına istinadən xəbər verir ki, İsak komandasının gücü haqda danışıb:
"Mən çox xoşbəxtəm. Çox danışdıq və indi nə qədər yaxşı olduğumuzu göstərdik. İslandiya millisinin formasını geyinən hər kəs əla oynadı. Çox təəssüf ki, üçüncü qolu vura bilmədim, topu küncə göndərmək alınmadı. Milli komandaya qol vurmaq və bayram etmək təsvir edilə bilməyəcək bir hissdir. Azərbaycan millisi antifutbol oynadı, yerə uzanırdılar və topu irəli vururdular. Biz isə öz anımızı gözləyirdik. İkinci hissədə ən yaxşı zonaları tapdıq".
saytlarin hazirlanmasi