"Şamaxı" 1-ci Liqa təmsilçisini məğlub etdi

22:13 - 6 Sentyabr 2025

Milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilə zamanı “Şamaxı” yoxlama oyunu keçirib. 

Sportal.az xəbər verir ki, bölgə klubu 1-ci Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşıb. 

Görüş Premyer Liqa klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində Alfons Msanqa və Nihat Mehralıyev fərqlənib.

Xəbər xətti