DÇ-2026-nın seçmə mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi doğma meydanda Çexiyanı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Marko Yankoviç də bu matçın iştirakçısı olub. 30 yaşlı yarımmüdafiəçi görüşə start heyətində başlayıb. O, 70-ci dəqiqədə əvəzlənib.
Monteneqro yığması 4 turdan sonra 6 xal toplayıb və qrupda 3-cü yerdədir.
saytlarin hazirlanmasi