DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha bir milli komanda müəyyənləşib.
Sportal.az xəbər verir ki, Mərakeş yığmasının mundialda iştirak edəcəyi dəqiqləşib.
Valid Reqraqinin rəhbərlik etdiyi kollektiv Afrika zonası üzrə seçmə mərhələnin 6-cı turunda Nigeri 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay komandaları turnirdə iştirak etmək hüququ qazanıblar. Meksika, ABŞ və Kanada isə ev sahibləri kimi yarışa qatılacaqlar.
saytlarin hazirlanmasi