Kriştiano Ronaldo yenidən Lionel Messini geridə qoyub.
Sportal.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla oyunda (5:0) dubl edib.
Bununla da Ronaldonun hesabında dünya çempionatının seçmə oyunlarında 38 qol oldu. O, yenidən 36 qolla kifayətlənən Lionel Messidən irəli çıxıb. Messi Venesuela ilə görüşdə (3:0) dubl etmişdi.
Qeyd edək ki, Ronaldo hazırda mundialın seçmə mərhələlərinin bombardirləri siyahısında ikinci yerdədir və yalnız Qvatemala millisinin sabiq forvardı Karlos Ruisa (39 qol) uduzur.
Bu siyahıda 4-cü yeri iranlı Əli Daei (35 qol), 5-ci yeri isə polşalı Robert Levandovski (31 qol) tutur.
saytlarin hazirlanmasi