"Qarabağ"a Bakıda qol vurmuş forvard Türkiyəyə yollanacaq?

15:48 - 7 Sentyabr 2025

Macarıstan millisinin və “Ferentsvaroş”un hücumçusu Barnabaş Varqa karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı forvard “Trabzonspor”un transfer siyahısında yer alıb. Qaradəniz təmsilçisi macar hücumçu üçün danışıqlara start verib.

Varqanın “Ferentsvaroş”u tərk etmək istəməməsi transferə mane ola bilər. Varqanın Budapeşt klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Təcrübəli hücumçu karyerası ərzində “Mattersburq”, “Lafnitz”, “Qyirmot”, “Pakşi” klublarında çıxış edib.

Qeyd edək ki, Varqa Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off cütünüdə "Qarabağ" və "Ferentsvaroş" klublarının qarşılaşmalarında həm Budapeştdə, həm də Bakıda fərqlənlənmişdi.

Xəbər xətti