“Qalatasaray” “Atalanta”nın futbolçusu Ademola Lukmanı transferini reallaşdırmağa yaxındır.
Sportal.az “Football İtalia”ya istinadən xəbər verir ki, Türkiyə çempionunun baş məşqçisi Okan Buruk Lukmanın transferində şəxsən maraqlıdır.
Türkiyədə “transfer pəncərəsi” sentyabrın 12-dək açıq olduğu üçün bu da danışıqları davam etdirmək imkanı verir. “İnter”in də istədiyi futbolçunun “Qalatasaray”a keçəcəyi gözlənilir.
27 yaşlı futbolçunun “Atalanta” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Çarlton”, “Everton”, “Leyptsiq”, “Fulhem” klublarında oynayıb.