Millinin baş məşqçisi: "İstefa vermək haqda düşünmürəm"

17:48 - 7 Sentyabr 2025

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-nın seçmə mərhələsində Şimali İrlandiya ilə oyun öncəsi əhval-ruhiyyəsindən danışıb. 

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, bir gün əvvəl Bundestim səfərdə iki cavabsız qol buraxaraq Slovakiyaya məğlub olmuşdu.

Təcrübəli mütəxəssis bu gün keçiriləcək oyun barədə bunları deyib: "Mən hər matçda qalib gəlmək istəyirəm və istefa vermək haqda düşünmürəm. Jurnalistlərin nə yazdığını bilirəm, amma buna fikir vermirəm. Axı mən jurnalistlərdən ibarət komandanın məşqçisi deyiləm".

Almaniya - Şimali İrlandiya oyunu bu gün keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
 

Xəbər xətti