Milli komandamızda dəyişiklik edildi

16:48 - 8 Sentyabr 2025

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar.

Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

Xəbər xətti