"Səbail" qanalı hücumçunu transfer etdi - RƏSMİ

22:09 - 8 Sentyabr 2025

I Liqa təmsilçisi “Səbail” PFK 2025/2026-cı il mövsümü üçün növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ötən mövsümü İsrailin “Hapoel Umm Al-Fahm” klubunda keçirmiş qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustafanı heyətinə cəlb edib.

Qeyd edək ki, 20 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.


Xəbər xətti