Azərbaycan yığması 0:6 uduzdu

14:49 - 9 Sentyabr 2025

U-19 yığma komandamız Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün üçüncü yoldaşlıq oyununu keçirib.

Sportal.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv Polşa yığması ilə üz-üzə gəlib.

Bu matçda yığmamız 0:6 uduzub. 

Azərbaycan (U-19) – Polşa (U-19) 0:6 

Xatırladaq ki, bundan əvvəl Azərbaycan İslandiyanı (2:1) və Farer adalarını (2:1) məğlub etmişdi.
 

Xəbər xətti