"Beşiktaş"da yeni müqavilə

20:57 - 10 Sentyabr 2025

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Kartal Kayra Yılmazın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi 2028-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.

Qeyd edək ki, Kartal Kayra Yılmaz "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin sabiq üzvü bu mövsüm "qara qartallar"ın heyətində 8 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti