"Fənərbaxça"nın sabiq futbolçusu I Liqa klubunda

18:18 - 10 Sentyabr 2025

"Fənərbaxça"nın sabiq futbolçusu Alper Potuk karyerasını Türkiyə I Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, 34 yaşlı vinger "Ankara Keçiörengücü" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin sabiq üzvü paytaxt təmsilçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Alper Potukun son klubu Şimali Makedoniyada "Qostivar" olub.

Xəbər xətti