"Ançelotti 2026-cı il dünya çempionatını Braziliya ilə qazanmayacaq"

22:09 - 9 Sentyabr 2025

Abel Braqa inanmır ki, Karlo Ançelotti Braziliya ilə dünya çempionu olacaq.

Sportal.az xəbər verir ki,  “Fluminense”, “İnternasional”, “Vasko da Gama” və digər braziliya klublarının sabiq baş məşqçisi "Globo Esporte"yə açıqlamasında bunları qeyd edib:

“Ançelottinin əcnəbi olması məni narahat edir. Mən bu insanın keyfiyyətlərindən danışmıram – onu şəxsən tanıyan hər kəs deyir ki, çox yaxşı insandır. Sadəcə, o, pencəyini açanda dərisi yaşıl-sarı deyil.

Beş dünya çempionluğunu braziliyalılar qazanıb, ona görə də mənə kədərlidir ki, indi heç kim braziliyalı məşqçiyə inanmır. Klublardakı nəticələr də əvvəlki kimidir.

Ümid edirəm, yanılıram, amma düşünmürəm ki, Ançelotti 2026-cı ildə dünya çempionu olacaq. Biz bir az da gözləməli olacağıq. Başqa bir nəsil, Endrik və Estevao ilə – bu uşaqlar hər şeyi qazanacaqlar. Onlar qeyri-adi oyunçulardır”.

Xəbər xətti