"Mançester Siti"nin liderlərindən biri qışda klubu tərk edə bilər

12:34 - 12 Sentyabr 2025

"Benfika"nın prezidenti postuna namizədliyini irəli sürən portuqaliyalı sahibkar Joao Lopes Lissabon klubunun əsas transfer hədəfi kimi "Mançester Siti"nin 31 yaşlı yarımmüdafiəçisi Bernardo Silva olduğunu müəyyənləşdirib. 

Sportal.az “Record”a istinadən xəbər verir ki, Lopes artıq Silva ilə danışıqlar aparılır.

Təcrübəli futbolçu ilə yanvarda imzalana biləcəyi müqavilənin hazırlandığı vurğulanıb.

Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 410 matçda iştirak edib, 72 qol vurub və 73 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqavilə müddəti 2026-cı ilin yayına kimi hesablanıb.
 

Xəbər xətti