Rüfət Abdullazadə formasını geyindiyi "Varajdin"in heyətində ölkə kubokunun 2-ci raundunun “Qay” klubu ilə görüşündə (7:1) qol hesabını açıb.
Sportal.az saytına açıqlama verən Abdullazadə Xorvatiyadakı karyerasından və ilk qolunu vurmasından bəhs edib:
"Təbii ki, bu qol mənim üçün çox vacib idi. Çünki Avropada ilk qolumdur. Qollarımın sayını daim artırmağa çalışacam. Komandama da daha çox kömək etmək istəyirəm. Kubok və çempionat görüşlərində də qol vurmaq, asistlər etmək arzusundayam. Məşqlərdə daim çalışıram. İnanıram ki, hər şey yaxşı olacaq. Qollarımın davamını gətirmək niyyətindəyəm. Komandada hər şey yaxşıdır. Ölkə çempionatının növbəti görüşünə hazırlaşırıq. Çalışacağıq ki, iki gündən sonra "Hayduk"la matçda uğurlu nəticə qazanaq".
Qeyd edək ki, Rüfət yay "transfer pəncərəsi" zamanı “Səbail”dən ayrılaraq “Varajdin”ə keçib və 3 illik müqavilə imzalayıb.
Mirbağırağa