Millimizin rəqibində dopinq işi ilə bağlı yenilik – Tanınmış futbol adamı ittiham edilir 

11:48 - 12 Sentyabr 2025

Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Şevçenko “Çelsi”nin yarımmüdafiəçisi Mixailo Mudrikin dopinqə ilişməsində əsas pay sahiblərindən olduğu ittiham edilir.

Sportal.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas məlumat verib.

Onun iddiasına görə, "mavilər"in yarımmüdafiəçisinə Ukrayna millisində kök hüceyrə vurulmasına icazə verən məhz Şevçenko olub. 2024-cü ilin dekabr ayından Mudrik dopinq testinin müsbət çıxdığına görə "Çelsi"nin oyunlarından kənarlaşdırılıb: futbolçunun bədənində Dünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan edilmiş meldonium preparatı aşkar edilib.

Mudrik 2023-cü ilin yanvarından "Çelsi"də çıxış edir. Ümumilikdə yarımmüdafiəçi "mavilər"in heyətində bütün turnirlərdə 73 oyun keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Ukrayna DÇ-2026-nın seçmə mərhələsində millimizin rəqiblərindən biridir.

Xəbər xətti