"Benfika"nın baş məşqçisi azarkeşlərdən dəstək istədi - "Qarabağ"la oyun üçün

12:17 - 13 Sentyabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Benfika" Portuqaliya çempionatının 4-cü turunda "Santa Klara" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Bruno Laji matdan sonra açıqlama verib. 49 yaşlı mütəxəssis azarkeşlərdən dəstək istəyib:

"İndi geri qayıtmaq vaxtıdır. Çərşənbə axşamı evdə qalib gəlməli olduğumuz oyun var. Azarkeşlərimizə səslənirəm ki, bizi dəstəkləməyə davam etsinlər. Xahiş edirəm, çərşənbə axşamı burada olun. Çünki Çempionlar Liqasında yaxşı mövsüm keçirməli və turnirə qələbə ilə başlamalıyıq".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması 16 sentyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti