Fatih Terim millimizin baş məşqçisi təyin oluna bilər

13:43 - 13 Sentyabr 2025

AFFA Azərbaycan milli komandasının baş məşqçisi postu üçün axtarışları davam etdirir.

Sportal.az xəbər verir ki, yığmamızı çalışdırmağa namizədlərdən biri Fatih Terimdir. Bu barədə türkiyəli jurnalist Ozan Zeybek məlumat yayıb.

AFFA-nın 72 yaşlı mütəxəssisə təklif göndərdiyi bildirilir. Terimin adı Çexiya millisi ilə də hallanır. 

Qeyd edək ki, Fatih Terimin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şəbab" olub.


Xəbər xətti