"Beşiktaş" Musayevi istəyir 

13:47 - 14 Sentyabr 2025

Rusiya millisinin və ÇSKA(Moskva) klubunun hücumçusu Tamerlan Musayev “Beşiktaş”a keçə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı forvard üçün ÇSKA-ya müraciət edib.

Qışda bu keçidin baş tutacağı gözlənilir. Musayevin Rusiya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Tamerlan ÇSKA yetirməsidir və o, “Baltika”, “Volqa”(Ulyanovsk), KAMAZ klublarında çıxış edib.
 

Xəbər xətti