Xabi Alonso La Liqada ilk 4 oyununu qalibiyyətlə başlayan “Real”ın 5 baş məşqçisindən biri olub.
Sportal.az xəbər verir ki, bu gün madridlilər “Sosyedad” üzərində 2:1 hesablı qələbə qazanıblar. Daha əvvəl “Malyorka” (2:1), “Oviedo” (3:0) və “Osasuna” (1:0) məğlub edilmişdi.
“Real”ın başında La Liqada ilk dörd oyunu qalib başa vuran sonuncu məşqçi 2009-cu ildə Manuel Pelleqrini olmuşdu.Onu da qeyd edək ki, həmin vaxt Alonso onun rəhbərliyi altında futbol oynayırdı.
Eyni uğurlu startı həmçinin Vanderley Luşemburqo (2005), Enrike Fernandes (1953) və Xose Kirante (1929) göstərmişdi.
saytlarin hazirlanmasi