"Neftçi" daha bir legioneri transfer etməyi planlaşdırır - "Sürix" və "Osmanlıspor"da oynayıb

17:22 - 13 Sentyabr 2025

"Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” dayaq yarımmüdafiəçisi transfer etmək istəyir.

Əldə etdiyimiz məlumata görə, Bakı təmsilçisinin transfer siyahısına düşmüş oyunçulardan biri də Matye İfeanyidir.

“Neftçi” skautlarının hazırda klubsuz olan 28 yaşlı yarımmüdafiəçini bir müddət əvvəl də izlədiyi bildirilir.

Dayaq yarımmüdafiəçisi və sağ cinah yarımmüdafiəçisi kimi də oynamağı bacaran nigeriyalı karyerası ərzində “Kanemi Varriors”, “Kano Pillars”(hər ikisi Nigeriya), “Lillestrom”(Norveç), “Osmanlıspor”(Türkiyə), “Sürix”(İsveçrə) klublarında oynayıb.
 

Xəbər xətti