"Qarabağ"ın rəqibinin hücumçusu əsas komandadan uzaqlaşdırıldı

18:04 - 14 Sentyabr 2025

"Çelsi"nin futbolçusu Mark  Quinin zədəsi yoxdur.

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib. İtalyan mütəxəssis ispan futbolçunun əsas komandadan uzaqlaşdırıldığını bildirib:

"Markı keçən ildən tanıyırıq. O, hazırda əsas komandada olmayanlardan biridir".

"Çelsi" Mark Quini ötən ilin yayında "Barselona"dan transfer edib. 19 yaşlı forvard mövsümün əvvəlində "Sanderlend"ə icarəyə verilsə də, sonradan geri qaytarılıb.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti