Xəbər verdiyimiz kimi, "Mançester Yunayted" səfərdə "Mançester Siti"yə 0:3 hesabı ilə məğlub olub. Yalnız iki “Mançester Yunayted” məşqçisinin yüksək liqadakı nəticələri Amorimdən daha zəif olub.
Sportal.az xəbər verir ki, Amorimin rəhbərliyi altında “qırmızı şeytanlar” Premyer Liqada 31 oyun keçirib və cəmi 8 qələbə qazanıb. Beləliklə, "mankunianlar" görüşlərin yalnız 26 faizində qalib gəlib.
Komandanı yüksək liqada ən azı 20 matç idarə etmiş məşqçilər arasında daha zəif nəticə göstərənlər yalnız Skott Dankan (24%) və Alfred Elbat (20%) olub. Onlar “MYU”nu hələ İkinci Dünya müharibəsindən əvvəl çalışdırıblar.
saytlarin hazirlanmasi