"Bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik" - Qurban Qurbanov

22:53 - 15 Sentyabr 2025

"Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turu çərçivəsində sabah saat 23:00-da doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında matç haqda fikirlərini bölüşüb:

"Bu gözəl stadionda oynamaq, bu şəhərdə olmaq bizim üçün çox xoşdur. İstərdik ki, oyuna daha yaxşı hazırlaşaq. Amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik. Futbolçularıma güvənirəm. Onlar sabah özlərinin ən yaxşı oyunlarından birini oynayacaqlar. İllərdir biz turnirin həlledici mərhələlərində çıxış etmirdik. Buna görə də inanıram ki, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.

Xəbər xətti