Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, günün ilk 2 matçı artıq yekunlaşıb. Səfərdə "Atletik"in qonağı olan "Arsenal" 2:0 hesablı qələbə qazanıb. PSV isə doğma meydanda "Union"a 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, günün digər qarşılaşmaları saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
"Atletik" – "Arsenal" 0:2
Qollar: G.Martinelli,72, L.Trossard,87
PSV – "Union" 1:3
Qollar: R.Van Bommel,90, - P.David,9(pen), A.El Hadj,39, K.Mak Allister,81
saytlarin hazirlanmasi