"Borussiya"dan 23 milyon avroluq transfer

"Borussiya" İngiltərənin "Birmingem" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin transferini bitirib.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, Dortmund təmsilçisi 17 yaşlı yarımmüdafiəçinin keçidini 23 milyon avroya həll edib. İngilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Bellinqem "Birmingem"in yetirməsidir. Gənc futbolçu bu mövsüm 38 oyunda 4 qol vurub, 3 assist edib.

 

"Borussiya" bundan öncə PSJ-dən ayrılan belçikalı cinah müdafiəçisi Toma Menyeni transfer etmişdi.

Tarix: 3 İyul [10:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2020
11  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio