“Neftçi”nin yeni transferi Azər Əliyev azərbaycanlı futbolçu statusunda oynayacaq.
Sportal.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin idman direktoru Zaur Əzizov klubun rəsmi televiziyasına açıqlamasında deyib:
“Azər Əliyev azərbaycanlıdır. Bununla bağlı açıqlama veriləcək. Onunla bütün danışıqlar doğma dildə olub”.
Qeyd edək ki, Rusiyanın "Ufa" klubundan transfer olunan Azər Əliyev “Neftçi” ilə 3,5 illik müqavilə imzalayıb.