Avroliqanın final matçının hakimləri açıqlandı

20:28 - 11 May 2022

Avropa Liqasında "Ayntraxt" (Almaniya) və "Reyncers" (Şotlandiya) komandaları arasında keçiriləcək matçın təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, Sevilyada "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç olacaq. Dördüncü hakim funksiyasını isə Srcan Yovanoviç yerinə yetirəcək.

Avroliqanın finalı mayın 18-də, Bakı vaxtilə saat 23:00-da olacaq.

Xəbər xətti