İdmançımız Avropa çempionu oldu

15:11 - 14 Noyabr 2023

10-12 noyabr 2023-cü il tarixlərində İsveçrənin Renens şəhərində sumo üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan komandası bu mötəbər yarışda 11 idmançı ilə təmsil olunub. Sumoçularımız qitə birinciliyində 7 medal (2 qızıl, 3 gümüş, 2 bürünc) qazanaraq kişilər arasında ümumi hesabda 2-ci yerə layiq görülüb.

U-18

Qızıl medal

Yadigarlı Rauf - mütləq çəki

Nəhmətov Cavidan -70kq

Gümüş medal

Kəlbiyev Coşqun -55kq

Rəcəbli Kamran -70kq

Şərif Abdullah -90kq

Bürünc medal

Yadigarlı Rauf +100kq

Komanda yarışı (Yadıqarlı Rauf, Təmirov Məhəmməd, Şərif Abdullah, Hümbətzadə Əli).

Xəbər xətti