Məşhur hücumçu Dubayda həbs olundu

16:14 - 14 Mart 2024

Moskva "Spartak"ının futbolçusu Kuinsi Promes Dubayda həbs olunub.

Sportal.az xəbər verir ki, Niderland məhkəməsinin qərarı ilə 6 il müddətinə həbs cəzası alan hücumçu komandası ilə təlim-məşq toplanışında olarkən saxlanılıb. 32 yaşlı forvard ölkəsinin hökumətinə təhvil veriləcək.

Niderland millisinin sabiq üzvü 2020-ci ildə külli miqdarda kakainin satışında təqsirli bilinib və 6 il həbs cəzası alıb.

Qeyd edək ki, Kuinsi Promes bu mövsüm "Spartak"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti