Fransa millisinin hücumçusu "Tottenhem"də qaldı - RƏSMİ

13:59 - 15 İyun 2025

"Tottenhem" "Bavariya"dan icarəyə götürdüyü Matis Tellə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Avropa Liqasının qalibi fransalı hücumçunun transfer hüququna yiələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Tottenhem" Tel üçün "Bavariya"ya 35 milyon avro təzminat ödəyəcək. 20 yaşlı forvardla 6 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Tottenhem" Matis Teli fevral ayında icarəyə götürmüşdü. Fransa U-21 millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti