"Fənərbaxça"nı İstanbulun digər klubuna dəyişə bilər

16:43 - 15 İyun 2025

"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder Super Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, sabiq klubu "Başakşehir" türk vingeri heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul klubu Cengizi satınalma bəndi ilə icarəyə götürməyə çalışır. "Başakşehir" 27 yaşlı oyunçu üçün "Fənərbaxça" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Cengiz Ünder ötən mövsümün ikinci yarısında icarə əsasında "Los Anceles"də çıxış edib. Türkiyə millisinin üzvü MLS təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti