"Roma" islandiyalı futbolçu transfer etməyə hazırlaşır

14:22 - 23 İyun 2025

"Roma" "Lill"in yarımmüdafiəçi Arnar Haraldssonu heyətinə qatmağa çalışır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, islandiyalı futbolçu İtaliya klubunda oynamağa razılıq verib.

22 yaşlı üçün 18 milyon avro ödəniləcək.

Arnarın "Lill"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, ötən mövsüm Fransa klubunda 38 matça çıxıb, 8 qol vurub və 4 asist edib.

Xəbər xətti