"Napoli" müqaviləsi başa çatan Aleks Mereti komandada saxlamağı bacarıb.
Sportal.az xəbər verir ki, İtaliya çempionu 28 yaşlı qapıçının sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Napoli" Aleks Mereti 2018-ci ilin yayında "Udineze"dən transfer edib. Təcrübəli qolkiper ötən mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 25 qol vurub. O, 18 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi