"Lion"dan ayrılan Aleksandr Lyakazettin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, fransalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Lyakazett yüksək liqaya vəsiqə qazanan NEOM-la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksandr Lyakazett ötən mövsüm "Lion"un heyətində meydana çıxdığı 42 rəsmi matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi