Uzun illərin uğursuzluğu Azərbaycan fitbolunda çalışanlara qarşı da inamsızlıq formalaşdırıb. Xüsusilə, AFFA-nın adı gələndə, insanlarda şüuraltı olaraq yarıtmaz, iş bacarmayan kadrların yer aldığı bir qurum fikri yaranır.
Lakin bu strukturda kifayət qədər peşəkar, məsləyinin haqqını verən mütəxəssislər də az deyil. Onlardan biri Elçin Məmmədovdur. Uzun illər AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin rəhbəri çalışıb.
Elçin bəy bu gün yeni təyinat alıb. O, AFFA-nın baş katibinin müavini vəzifəsinə gətirilib. Düşünə bilərlər ki, AFFA uzun illərdi pis işləyibsə, kiməsə yaxşı kadr demək nə qədər doğrudur. Məsələ burasındadır ki, Məmmədovun fəaliyyət istiqaməti futbolun idarəetməsi yox, sənədləşmə işi ilə bağlı olub. Onun bu sahədə dəqiqliyi və peşəkarlığı klublar tərəfindən də həmişə müsbət qiymətləndirlib.
Elçin Məmmədovun təyinatı AFFA-nın baş katibi Cahangir Fərəcullayevin təşəbbüsü ilə gerçəkləşib. Bu təyinat Fərəcullayevin aktivinə yazılmalıdır. Doğru yerə doğru insanları gətirmək, vəzifələri həm peşəkarlığı, həm də insani keyfiyyətləri olanlara həvalə etmək lazımdır. Alqışlanası təyinatdır!
Həmid
saytlarin hazirlanmasi