La Liqa klubu 3 illik müqavilə imzaladı - RƏSMİ

23:57 - 12 İyul 2025

"Sevilya" Qabriel Suasonu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, 27 yaşlı sol cinah müdafiəçisi İspaniya klubuna azad agent statusunda keçib və 3 illik müqavilə imzalayıb.

Suaso daha əvvəl "Tuluz" klubunda çıxış edib. Ötən mövsüm Liqa 1-də 30 oyunda iştirak edib və 6 məhsuldar ötürmə verib.

Xəbər xətti