"Qəbələ"də ayrılıq - RƏSMİ

20:20 - 30 İyul 2025

“Qəbələ” Urfan İsmayılovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.

"Qəbələ" İsmayılova təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Xəbər xətti