"Səbail"dən ayrılaraq Xorvatiyaya yollanan Rüfət Abdullazadə “Varajdin”lə müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu kollektivlə məşqlərə qoşulub.
O, komandanın Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Santa-Klara” ilə görüşünün hazırlıqlarında iştirak edir.
Abdullazadə kollektivlə yanaşı, həm də fərdi məşqlərini yerinə yetirir.
Qeyd edək ki, 24 yaşlı futbolçu “Varajdin”lə 3 illik müqavilə imzalayıb.
Mirbağırağa