Ayxan Abbasov baxışa çağırdı, "Şamaxı" rəhbərliyi tərəddüd edir - sənəd məsələsi həll olunmalıdır

17:48 - 30 İyul 2025

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Şamaxı" baxışa bir neçə gənc futbolçu çağırıb. Onların arasında göstəriciləri ilə seçilənlərdən biri Raul Hacıyevdir.  

Sportal.az xəbər verir ki, Ayxan Abbasov 20 yaşlı mərkəz müdafiəçisini qarşıdakı oyunlarda izləyəndən sonra yekun qərarını verəcək. Lakin bu futbolçu ilə bağlı durum "Şamaxı" rəhbərliyində tərəddüd yaradıb. 

Məsələ burasındadır ki, Raul Hacıyev əslən Azərbaycandan olsa da, Gürcüstan vətəndaşıdır. Ona milli pasportun verilməsi həllini tapmayıb. Ayxan Abbasov Raulu məhz bu səbəbdən U-21 millisinə cəlb eləyə bilmir. "Şamaxı" rəhbərliyi isə gənc futbolçunu legioner kimi götürüb rüsum ödəmək niyyətində deyil. Məhz bu səbəbdən Raul Hacıyevlə anlaşma məsələsində dolaşıq yaranıb. 

Xəbər xətti