Samuel Lino "Atletiko"dan "Flamenqo"ya keçib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Atletiko" bu yay artıq ikinci futbolçusunu Braziliya klubuna göndərib. Linodan əvvəl isə Saul Niqes “Atletiko”nu “Flamenqo”ya dəyişmişdi.
25 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. Onun transfer məbləği 22 milyon avro olub.
Xatırladaq ki, braziliyalı son mövsümündə 31 matçda 3 qol vurub. Samuel karyerası ərzində “Sao Bernardo”, “Jil Visente”, “Valensiya” klublarında çıxış edib.
saytlarin hazirlanmasi