UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris"in heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Saloniki təmsilçinin futbolçusu Karles Peres itin hücumuna məruz qalıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
İspan vingerin cinsiyyət orqanını it dişləyib. 27 yaşlı oyunçu dalaşan iki iti ayıran zaman hadisə baş verib. Futbolçu xəstəxanaya yerləşdirilib.
"Aris" Karles Peresi bir neçə gün öncə "Selta"dan icarəyə götürüb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Bakıda keçirilən ilk matçda "Aris"i 2:1 hesabı ilə məğlub edib. Bu komandalar arasında savab oyunu sabah Bakı vaxtı ilə saat 22:15-də Yunanıstanda baş tutacaq.
saytlarin hazirlanmasi