“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fərid Nəbiyev yenidən Gəncə təmsilçilərinin şərəfini qoruyacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
F.Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə "Kəpəz"in şərəfini qoruyub. Futbolçu 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib. Nəbiyevin son klubu "Səbail" olub.
saytlarin hazirlanmasi