Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun son oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Ayntraxt"la qarşılaşacaq.
"Qarabağ"ın rəqibi "Napoli" "Mançester Siti"nin qonağı olacaq.
"Kopenhagen" isə "Bayer"lə(Leverkuzen) üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
18 sentyabr
20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa)
20:45. "Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" (Almaniya)
23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)
23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə)
23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan)
23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)