"Benfika" yeni baş məşqçisini açıqladı

18:52 - 18 Sentyabr 2025

"Benfika"nın yeni baaş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisini Joze Mourinyo çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində "Qarabağ"a 2:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Bruno Laje istefaya göndərilib. Mourinyonun son iş yeri isə "Fənərbaxça" olub.

Xəbər xətti