"Arsenal" ardıcıl 8 oyundur qol buraxmır - tarixində ilk dəfə

00:15 - 5 Noyabr 2025

“Arsenal” tarixində ilk dəfə ardıcıl 8 oyunu qapısından qol buraxmadan keçirib.

Sportal.az xəbər verir ki, Mikel Artetanın komandası bu gün Çempionlar Liqasında “Slaviya”ya 3:0 hesabı ilə qalib gəlib. Bundan əvvəl “topçular”a daha yeddi komanda qol vura bilməmişdi, sonuncu dəfə isə bunu sentyabrın sonunda “Nyukasl” bacarmışdı.

İngiltərə yüksək liqasında ardıcıl 8 oyunu qolsuz keçirən komandalar yalnız “Arsenal” (2025), “Liverpul” (1920) və “Preston” (1889) olub.

Qeyd edək ki, həftəsonu londonlular Premyer Liqada “Sanderlend”lə qarşılaşacaqlar.

Xəbər xətti